Modern.az

Prezident milyarderin əfvindən imtina etdi

Prezident milyarderin əfvindən imtina etdi

Təhsil

3 Aprel 2012, 13:32

Rusiya prezidenti Dmitri Medvedev  “Yukos” neft şirkətinin sabiq sahibi, milyarder  Mixail Xodorkovskinin əfvini istəyən İnsan hüquqları üzrə şuranın qətnaməsini rədd edib. Modern.az bildirir ki, bu haqda şuranın sədri Mixail Fedotova istinadən "Vesti”  məlumat yayıb.

“Prezident ekspert nəticəsilə razılaşmadı. Prezident  hesab edir ki, o, əfv ərizəsi yazmayan şəxsi bağışlaya bilməz”. Fedotovun sözlərinə görə, dövlət başçısının ekspert rəyini rədd etməyinin səbəbi dolayı yolla da olsa, aydın deyil. Bununla bərabər o, həmçinin deyib ki, prezident bunu etmək məcburiyyətində deyil, bu onun hüququdur.

“Prezident, ümumiyyətlə, heç kəsi bağışlamamalıdır, bu vəzifə deyil və  onun hüququdur.

İttiham edilmişin əfvə görə xahiş etmək hüququ prezidentin bağışlamaq məcburiyyətində olduğunu doğurmur", - deyə Fedotov açıqlama verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal