Modern.az

Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR

Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR

Aktual

28 Yanvar 2020, 21:53

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, professor Jalə Əliyeva seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Modern.az  xəbər verir ki, deputatlığa namizədin Zərdab rayonunun Çallı, Məlikumudlu, Çilovxanlı, Alıcanlı kəndlərinin və Bəyimli qəsəbəsinin sakinləri ilə Məlikumudlu kəndində görüşü baş tutub.

Bu görüş də əvvəlki görüşlər kimi, səmimi ortamda, izdihamlı və coşqulu keçib.

Görüşdən əvvəl deputatlığa namizədin seçicilərlə onların evlərində ənənəvi fərdi görüşləri olub və bu görüşlərdə də səmimi, isti müzakirə, fikir mübadiləsi aparılıb.

Eyni zamanda, deputatlığa namizədlə görüş zamanı əvvəlki görüşlərdə olduğu kimi, J. Əliyevanın Milli Məclisdəki (MM) fəaliyyətindən bəhs edən videofilmin nümayişi olub və film iştirakçılar tərəfindən təqdirlə qarşılanıb, dəfələrlə alqışlanıb.

Görüşdən çıxış edənlər-Məlikumudlu kənd sakinləri Ətraf Dünyamalıyev, Telman Balakişiyev, Cəfər Şıxəliyev deputatlarına onları MM-də bu illər ərzində ləyaqətlə təmsil etdiyinə görə minnətdarlıqlarını bildiriblər.

Alıcanlı kənd sakini Ərşah Cavadov isə millət vəkilinə rayonun  və adları çəkilən kəndlərin problemlərini daimi olaraq MM-də gündəliyə çıxardığına, həmin bölgələrin ən böyük problemi olan su çatışmazlığı, kanal, yol probleminin həlli istiqamətində əməli addımlar atdığına, əlaqədar təşkilatlara müraciətlərinə görə təşəkkürünü çatdırıb.

Qeyd edək  ki, Ə. Cavadov ötən il 813 kq barama təhvil edərək, respublika baramaçıları arasında birinci yeri tutub və buna görə ölkə Prezidenti İlham Əliyev tərəfindən  “Üçüncü dərəcəli Əmək ordeni”nə layiq görülüb.


Seçicilər bu xəbəri bir daha sürəkli alqışlarla qarşılayıblar.

Deputatlığa namizəd isə  ölkə Prezidentinin bu Sərəncamını əməyə, zəhmətə verilən böyük  qiymət kimi dəyərləndirib.

Daha sonra çıxış edənlər də ölkə Prezidentinə, ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya  hər bir vətəndaşın qayğılarına, problemlərinə öz problemləri kimi  yanaşdıqları üçün təşəkkürlərini bildiriblər.

Eyni zamanda, çıxışçılar  deputatlarının daim dövlətinin yanında olduğuna, fəaliyyəti ilə dövlətçiliyə xidmət etdiyinə, dövləti ilə seçiciləri arasında bir körpü rolu oynadığına görə minnətdarlıqlarını bildiriblər.

Onlar həmçinin, bir neçə həlli vacib məsələlərin-örüş yerləri, əkin sahələrinin suvarılması ilə bağlı problemlərin də aradan qaldırılmasına köməklik göstərilməsini deputatlarından xahiş ediblər.

İştirakçılar bununla yanaşı, rayonun bütün kəndlərinin qazlaşdırılmasında göstərdiyi təşəbbüslərə görə, deputatlarına minnətdarlıqları bildirib, hələlik qazsız qalan 4 kənddən biri olan Çilovxanlı kəndinə qaz xəttinin çəkiləcəyinə inamlarını ifadə edərək, bu məsələnin həllinə də J. Əliyevanın köməklik göstərməsini xahiş ediblər.

Qeyd etmək yerinə düşər ki, millət vəkilinin fəaliyyətindən və onun fəaliyyətini əks etdirən videoyazılarla deputatlığa namizədin rəsmi “Facebook” səhifəsindən də tanış olmaq olar.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu