Modern.az

Sovet əmanətçiləri hər gün 1200 dəfə Maliyyə Nazirliyinə müraciət edirlər

Sovet əmanətçiləri hər gün 1200 dəfə Maliyyə Nazirliyinə müraciət edirlər

Təhsil

3 Aprel 2012, 14:36

Maliyyə Nazirliyində sovet əmanətlərinə görə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış “Qaynar xətt”ə və Nazirliyin rəsmi internet səhifəsində fəaliyyət göstərən onlayn müraciət bölməsinə gün ərzində respublikanın bütün rayonlarından, eləcə də Bakı şəhərindən 1200-dən çox müraciət daxil olur. Əksər müraciətlərdə vətəndaşlar dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirir və bu qərarın çoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna birbaşa müsbət təsir göstərəcəyi qeyd olunur. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlər əsasən, əmanət qalığına görə birdəfəlik ödəmələrin hesablanması qaydası, itirilmiş və ya yarasız vəziyyətə düşmüş əmanət kitabçaları, o cümlədən vəfat etmiş əmanətçlərin vərəsələrinə ödəmələrin hansı formada veriləcəyi və digər texniki suallardan ibarətdir.
”"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları onlara ətraflı şəkildə izah edilir və bütün suallar operativ şəkildə cavablandırılır”.

Müraciətlərin çoxluğu nəzərə alındığından qaynar mərkəz şənbə günü də işləyir.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal