Modern.az

Səfirliklər jurnalistlərin Putin və Xamineyiyə yazdığı məktubları qəbul etdi - FOTOLAR

Səfirliklər jurnalistlərin Putin və Xamineyiyə yazdığı məktubları qəbul etdi - FOTOLAR

Təhsil

3 Aprel 2012, 15:03


Bu gün Kəlbəcər rayonundan olan bir qrup jurnalist İran və Rusiyanın Bakıdakı  səfirlikləri qarşısında aksiya keçiriblər.

Modern.az saytı xəbər verir ki, jurnalistlər əvvəlcə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin qarşısına toplaşıblar. Burada  Kəlbəcər rayonundan olan və ölkənin müxtəlif media qurumlarında çalışan jurnalistlərin İran İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xamineyiyə məktubu oxunub.

(Məktubun mətni bu linkdə verilir -
//modern.az/articles/22515/1/)  

Sonra jurnalistlər məktubun təqdim olunması üçün səfirliyin məsul şəxsi ilə görüşmək istəyiblər. Lakin, səfirlikdən heç kim görüşə gəlməyərək, məktubun qapıda dayanan mühafizəçilərə verilməsini istəyiblər. Jurnalsitlərin təkidindən sonra səfirlik nümayəndəsi qapıya çıxaraq məktubu götürüb. O, məktubun medianın müşayiəti ilə toplu halda təqdim olunmasına etirazını bildirib.

Daha sonra jurnalistlər Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi qarşısında toplaşıblar. Burada Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinə ünvanlanmış məktub oxunub.  

 

 

 

 

 

 

 

 

 

 


Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal