Modern.az

Fuad Muradov ermənilərin cavabını verdi: “Siz sessiyanı pozmaq istəyirsiniz”

Fuad Muradov ermənilərin cavabını verdi: “Siz sessiyanı pozmaq istəyirsiniz”

Təhsil

3 Aprel 2012, 16:36

Bakıda keçirilən AVRONEST PA-nın sessiyasında erməni deputatlar qalmaqal salmağa cəhd ediblər. Modern.az bildirir ki, bu günkü sessiyada çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Lilit Qalstyan Bakıda erməni xalıqının faşist kimi qələmə verilmə cəhdindən danışıb. Parlament Assambleyasının İfadə Azadlığı və Demokratiya mövzüsunda müzakirəsi zamanı Qalstyan bildirib ki, azərbaycanlıların erməniləri faşist kimi qəbul etməsi yolverilməzdir.

L.Qalstyan belə münasibətin  AVRONEST-in nüfüzuna xələl gətirən amiil olduğunu deyib.

Erməni nümayəndəsinin cavabını milət vəkili Fuad Muradov verib. Deputat Qalstyanın çıxışından sonra  iclasın rəhbərliyinə müraciət edərək ermənilərin sessiyanın işini pozmağa çalışdığını bildirib.

“Dünən ayrı-ayrı komitələrin iclası keçirilib və hər bir tərəf öz fikrini orada ifadə edib. Biz Avropa Şurasında, NATO-da, ATƏT-də dediklərimizdən başqa bir söz deməmişik. Torpaqlarımızın işğal olunduğu faktdır. Sadəcə belə çıxışlarla ermənilər sessiyanı pozmaq istəyirlər”-deyə deputat bildirib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal