Modern.az

Musa Quliyev  seçicilərlə görüşdü - FOTOLAR

Musa Quliyev  seçicilərlə görüşdü - FOTOLAR

Aktual

29 Yanvar 2020, 23:09

Yeni Azərbaycan Partiyasının 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyevin seçiciləri ilə məhəllə görüşləri davam edir.

Modern.az  xəbər verir ki, bu gün deputatlığa namizəd Abbas Səhhət küçəsinin sakinləri ilə görüşüb. Görüşdə Musa Quliyev ölkəmizin daxili və xarici siyasətindəki uğurlarından danışmış, milli iqtisadiyyatımızın inkişafı üzrə strateji yol xəritəsinə uyğun olaraq yaxın illərdəki qarşıya qoyulan vəzifələri seçicilərinə izah edib. Milli Məclisə növbədənkənar seçkilərin cənab Prezident İlham Əliyev tərəfindən başladılan dərin islahatların növbəti addımı olduğunu vurğulayan deputatlığa namizəd seçiciləri islahatlara dəstək verməyə, 9 fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb.



Bəzi seçicilər məşğulluğun təmin olunması və sənədsiz evlər ilə bağlı problemləri olduqlarını qeyd ediblər. Deputatlığa namizəd Musa Quliyev bu problemlərin həlli istiqamətində öz seçki platformasında müddəalar olduğunu söyləmiş və bu məsələlərin həlli sahəsində səy göstərəcəyini vəd edib. Seçicilər Yeni Azərbaycan Partiyasının siyasi kursunu bundan sonrada dəstəkliyəcəyini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et