Modern.az

Rusiya aviasiyası xəstəxananı bombaladı: 10 ölü

Rusiya aviasiyası xəstəxananı bombaladı: 10 ölü

Dünya

30 Yanvar 2020, 11:52

Rusiya hərbi təyyarələrinin İdlibə hücumu nəticəsində 10 dinc həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hərbi qüvvələri gecə saatlarından etibarən İdlibin Ariha şəhərini müxtəlif nöqtələrdən atəşə tutub. Ölənlərdən 4-ü xəstəxanada müalicə alan mülki vətəndaş olub. Ümumilikdə, hücum nəticəsində 37 nəfər yaralanıb.

Ariha Mərkəzi Xəstəxanası yararsız hala düşüb, xəstələr yaxınlıqdakı xəstəxanalara köçürülüb. Rəsmilərin veridiyi məlumata görə xəstələrin vəziyyəti ağırdır,  ölənlərin sayında artım olacağı istisna olunmur.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi