Modern.az

Sergey Lavrov və Elmar Məmmədyarov birgə bəyanat qəbul ediblər

Sergey Lavrov və Elmar Məmmədyarov birgə bəyanat qəbul ediblər

Təhsil

3 Aprel 2012, 18:13

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri zamanı Elmar Məmmədyarovla təkbətək görüşü keçirilib. Səmərəli görüşdən sonra jurnalistlərin qarşısına çıxan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 20 il ərzində Azərbaycanla Rusiya arasında 165 saziş imzalanıb. Bunlardan 80-i dövlətlərarası və hökumətlərarası sazişlərdir. Modern.az APA-ya istinadən bildirir ki, XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı göstərdiyi təşəbbüslərə görə Rusiya prezidenti Dmitri Medvedevə təşəkkürünü dilə gətirib.

 Görüşdə Xəzərin hüquq statusu ilə bağlı məsələlər, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, humanitar sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub. XİN rəhbərləri Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması məsələsini də müzakirə ediblər.

Sergey Lavrov  Rusiyanın  zərbaycanla tərəfdaşlığın inkişafını davam etdirməyə hazı olduğunu bildirib.

 “Ötən illər ərzində biz qarşılıqlı maraq doğuran dialoqu inkişaf etdirmək qabiliyyətinə malik olduğumuzu və mürəkkəb problemlərin, o cümlədən dövlət sərhədi probleminin həllinə tapa bildiyimizi sübuta yetirdik.”-deyə nazir qeyd edib.

Daha sonra S.Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunaraq bildirib ki, Rusiya iki qonşu dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmasında və bu problemin həllində maraqlıdır. Nazir onu da əlavə edib ki, Rusiya bundan sonra da missiyaçılıq rolunu davam etdirəcək.

 “Bu qərar bütün tərəflər üçün qəbul edilən olmalıdır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir”.

Qeyd edək ki, Lavrov ölkəmizə səfəri ilə bağlı vurğulayıb ki, bu səfər əməkdaşlığın praktiki inkişafını gözdən keçirmək üçün əlverişli olacaq.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri sabah başa çatacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal