Modern.az

Maskanı özünə kompleks edənlər virusa yoluxmayacağını düşünür, ancaq...

Maskanı özünə kompleks edənlər virusa yoluxmayacağını düşünür, ancaq...

30 Yanvar 2020, 15:57

Hazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan biri və ən etibarlısı da qoruyucu maskalardır. Qəribə olan isə, mütəxəssislərin də daimi olaraq tövsiyyə etdiyi bu maskalardan istifadə etməkdən çəkinən insanların olmasıdır. Belə ki, bəzi şəxslər mövcud duruma məhəl qoymayaraq, maska istifadəsini kompleks edir və bu da çox təəsüf ki, bəzi hallarda həmin şəxslərin xəstəliyə yoluxması ilə nəticələnir.

 

Maraqlıdır, insanlar maska istifadəsini niyə kompleks edir? Yaranan kompleks hissini necə aradan qaldırmaq olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan psixoloq Gülər Məmmədova kompleks hissinin daha çox yaşlı nəsildə və uşaqlarda olduğunu deyir:

 

“Yaşlı və orta nəsildə “mən xəstə olmaram” deyə bir düşüncə var. Yəni virus yayılsa da, immunitetlərinin güclü olduğunu və virusa yoluxmayacaqlarını düşünürlər. Uşaqlarda isə maska taxmağa qarşı kompleks digərlərindən seçilməmək üçündür. Yəni uşaqlar xəstə görüntüsü yaratmağı istəmirlər. Ümumiyyətlə, maskadan istifadə etməkdən imtina edən insanlar özlərini yox, cəmiyyətin fikirlərini önəmsəyirlər.Yəni, bu kompleks hissi, utancaqlıq dolayısı ilə kənar baxışların fərqliliyindən irəli gəlir. Maskadan istifadənin təbliği düzgün qurulsa, uşaqlı-böyüklü heç kim kompleks yaşamaz. Yəni maska istifadəsini kompleks edən insan həm özü bu üsuldan istifadə etmir, həm də istifadə edən insana fərqli baxış sərgiliyərək onda kompleks hissi yaradır”.

 

Psixoloq bildirib ki, məktəb və bağçalarda, sosial şəbəkələrdə düzgün təbliğat aparılarsa, kompleks hissindən qurtulmaq mümkündür:

 

“Elə hal yarana bilər ki, maskadan istifadə məcburi olsun. Belə olan halda kompleks edən insanlar bu məsələdə əziyyət çəkəcəklər. Bəzi hallarda valideynlərin bu məsələyə etinasız yanaşması ciddi fəsadlar doğurur. İstər valideyn, istərsə də müəllimlər uşaqlara maskanın əsl mahiyyətini izah etməli, düzgün təbliğat aparmalıdırlar. Bu təbliğat müxtəlif videoçarxlar vaistəsi ilə də ola bilər. Yəni həm səs, həm də görüntü uşaqlara maska taxmağın əhəmiyyətini daha yaxşı izah edər. Əgər sosial şəbəklərdə maskanın istifadə olunması ilə bağlı hər hansısa kütləvi paylaşımlar olsa, inanın ki, hər kəs maska istifaədçisinə çevrilər. Yəni kütləvi təbliğat, təsiretmə mexanizimindən çox şey aslıdır”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama