Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zəlzələ Muğla vilayətində Aralıq dənizinin Marmaris rayonunda qeydə alınıb. Yerli saatla 14:21-də qeydə alınan zəlzələ yerin 12 km dərinliyində hiss olunub.
Qeyd edək ki, baş verən hadisə nəticəsində dağıntı və ya itkinin olması ilə bağlı hələ ki, heç bir xəbər yoxdur. Marmaris Egey dənizi sahilində Türkiyənin ən inkişaf etmiş turizm bölgəsi sayılır.