Dünəndən Azərbaycan Milli Məclisində start götürən Avronest Parlament Assambleyasının ikinci sessiyası bu gün başa çatacaq.
Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu gün yerli vaxtla 10:00-da davam etdiriləcək sessiya 11:30-da keçiriləcək mətbuat konfransı ilə öz işinə yekun vuracaq.
Qeyd edək ki, AVRONEST PA-nın ikinci sessiyasına Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.
Modern.az