ABŞ İranın Atom Enerji Təşkilatına (OAEI) və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı sanksiyalar tətbiq edib.
Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamentinin yaydığı açıqlamasında deyilib.
Qeyd edək ki, 5 noyabr 2018-ci ildə ABŞ İrana qarşı sanksiyaları tam olaraq təzələyib.
Sanksiyala İran neftinin ixracı, həmçinin 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.