Modern.az

Azərbaycanlı tələbələr fevralın 2-də Çindən geri dönəcək

Azərbaycanlı tələbələr fevralın 2-də Çindən geri dönəcək

Təhsil

31 Yanvar 2020, 09:26

“Çinin Jinhua şəhərində təhsil alan azərbaycanlı tələbələr fevralın 2-si Azərbaycana qayıdacaq”.

 

Modern.az-a bu barədə Zhejiang Normal Universitetində təhsil alan azərbaycanlı tələbə Səməd Azadlı bildirib.

 

S.Azadlı dərslərin mart ayınadək təxirə salındığı üçün tələbələrin bu qərarı verdiyini deyib:

 

“Dərslər martadək təxirə salındığı üçün Azərbaycana qayıtmaq fikrindəyik. Əslində mən və digər tələbələr yayılan virusa görə narahat deyilik. Çünki yoluxmamaq üçün nə edəcəyimizi yaxşı bilirik.

 

Sadəcə dərslər olmadığı üçün Azərbaycana qayıdıb hər hansısa işlə məşğul olmaq istəyirik. Bizim universitetdə 5 nəfər azərbaycanlı təhsil alır, onlar hamısı bir neçə günə geri qayıtmaq fikrindədir.

 

Lakin bizə yaxın olan şəhərlərin əksəriyətində təhsil alan digər azərbaycanlı tələbələrin geri qayıtmaq kimi fikri yoxdur”.

 

S.Azadlı Azərbaycanın Çindəki səfirliyinin azərbaycanlı tələbələrə maddi yardım göstərdiyini bildirib:

 

“Səfirlikdən bizimlə əlaqə saxlayıb maddi və mənəvi nə yardıma ehtiyac olsa kömək edəcəklərini bildirdilər. Lakin yol xərclərimizi özümüz ödəyəcəyik. Çindən Azərbaycana birbaşa uçuşlar olmadığından Şanxay-Moskva reysi vasitəsi ilə Rusiyaya, ordan da Azərbaycana qayıdacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama