“Çindəki vətəndaşlarımızı o cümlədən azərbaycanlıları geri gətirmək üçün nəzərdə tutulan təyyarə bir neçə saat sonra havaya qalxacaq”.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir Çindən gətirilən 34 türk, 7 gürcü, 1 alban və 7 nəfər azərbaycanlının ciddi müayinə edildikdən sonra ölkəyə gətiriləcəyini qeyd edib.
“Ümumilikdə Çindən Türkiyəyə gələn 11 min turist ciddi müayinə edilib və heç bir problem aşkarlanmayıb. Virusla bağlı sosial mediada gedən şişirdilmiş xəbərlərə inanmayın, ciddi narahatlığa əsas yoxdur. Çindən Türkiyəyə gətirilən şəxslər müayinə olunduqdan sonra təyyarəyə buraxılacaq. Həmin vətəndaşlar 14 gün əzrində nəzarət altında saxlanılacaq”.
F.Qoca “ İki nəfər Adanada virus ehtimalı olan şəxs var idi, lakin onlarda da problem aşkarlanmadı. Lazımi tədbirləri Dünya Səhiyyə Təşkilatı bizə xəbərdarlıq etməmişdən 14 gün əvvəl görmüşdük”- deyə əlavə edib.