Tiqran Sərkisyan: “Rusiyanın Qəbələ RLS-i bizim ölkədə quraşdırmasına etiraz etmirik”
Ermənistan Rusiyaya radiolokasiya stansiyası (RLS) tikmək üçün öz ərazisində yer verməyə hazırdır. Modern.az bildirir ki, bu barədə baş nazir Tiqran Sərksiyan “Kommersant” qəzetinə müsahibəsində bəyan edib.
“Əgər Rusiya Qəbələ RLS-lə bağlı icarə şərtlərini razılaşdıra bilməsə, Ermənistan bu tikintini öz ərazisində aparılmasına icazə verə bilərmi” sualının cavabında baş nazir “niyə də yox” cavabını verib.
“Əlbəttə, bu mümkündür. Əgər bizim ərazimiz belə bir maraq doğurarsa, bu məsələni müzakirə etməyə hazırıq. Fikrimcə, Ermənistanın dağlıq ərazidə yerləşməsi RLS-in müşahdə imkanlarını daha da artıra bilər”-deyə Sərkisyan vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla olan görüşü barədə danışan baş nazir bildirib ki, bu sırada “Metsamor” AES-in yeni blokunun tikintisi barədə müzakirələr aparıb.
Ermənistanın baş naziri qeyd edib ki, Moskva ilə siyasi müttəfiqdirlər və İrəvan atdığı bütün addımlar barədə Rusiyanı xəbərdar edir.
Xaqani Səfəroğlu