Modern.az

Sevil Nuriyeva “Beynəlxalq Qadın və Media” simpoziumunda Azərbaycanı təmsil edir- FOTOLAR

Sevil Nuriyeva “Beynəlxalq Qadın və Media” simpoziumunda Azərbaycanı təmsil edir- FOTOLAR

Təhsil

4 Aprel 2012, 13:49

Bu gün Antalyada Türkiyə Başbakanlık Basın Yayın Genel Müdürlüyünün təşkilatçılığı ilə Beynəlxalq Qadın və Media simpoziumu işə başlayıb. Simpoziumun açılış cıxışlarını Baş nazirin müavini Bülənt Arınc, ailə və sosial siyasət naziri Fatma Şahin və Basın Yayın Enformasion genel müdiri Murad Karakaya edib.

Simpoziumda Azərbaycanı Qafqaz Media Mərkəzınin sədri, “Star” qəzetinin yazarı Sevil Nuriyeva təmsil edir. S.Nuriyeva mövzu ilə bağlı Azərbaycandakı vəziyyət haqda məruzə edəcək. 

Toplantıda “Star” qəzetinin baş redaktoru Mustafa Karaalioğlu, “Hürriyət” qəzetinin baş redaktoru Enis Berberoglu, “Axşam” qəzetinin baş redaktoru İsmail Küçükkaya, Şanlıurfa millət vəkili Zeynəb Karahan Uslu, Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, TRT-nin baş direktoru İbrahim Şahin, Jenifer Pozner(Amerika ) Şirin Payzın(CNN TÜRK TV)Daniela Paulo Viglione(İtaliya Haber Ajansı) Khozama Osmat (MBC TV) Eliza Lympousı(Yunanıstan Kanal 9 TV) çıxış edəcəklər. Simpozium 3 gün sürəcək.

S.Nuriyeva Türkiyəyə səfəri çərçivəsində Kocaeli Bələdiyyəsinin təşkil etdiyi “Güney və Quzey Qafqaz” konfransında məruzəçi kimi iştirak edib. O, “Kafkassam” başqanı Hasan Oktayla birlikdə bölgədə Rusiya faktoru və Türkiyənin strateji rolu barədə Kocaeli Universitetinin tələbələrinə danışıb. Mövzu ilə bağlı sualları cavablandırıb. Konfransda S.Nuriyevaya təşəkkür diplomu təqdim olunub. Konfransın gedişində Azərbaycandan olan tələbələrlə görüş keçirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal