Modern.az

Siyasi partiyadan Rövnəq Abdullayevə qarşı bəyanat

Siyasi partiyadan Rövnəq Abdullayevə qarşı bəyanat

Təhsil

4 Aprel 2012, 14:00

Vətəndaş və İnkişaf Partiyası (VİP) bəyanatla çıxış edib. VİP mətbuat xidmətindən Modern.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycanda vətəndaşların mülkiyyət hüququnun təmin olunmasına yönəlik davamlı tələb və çağırışlara baxmayaraq, hakimiyyət bu sahədə qarşıya çıxan problemləri aradan qaldırmaq əvəzinə, onların daha da dərinləşməsinə şərait yaradır. Bunun nəticəsində müxtəlif dövlət qurumları paytaxt Bakı da daxil olmaqla, ölkənin bir çox bölgələrində vətəndaşların böyük əziyyətlə tikib məskunlaşdıqları yaşayış evlərinin dağıdılmasında sanki bir-biri ilə yarışa giriblərmiş kimi, fəalııq göstərirlər. Sonucda isə çoxsaylı ailələr illər ərzində yaşadıqları və tələb olunan kommunal xərcləri sistemlı qaydada ödədikləri evlərdən təzminat almadan məhrum edilərək, çarəsiz vəziyyətə salınırlar.

“Dövlət qurumlarının belə özbaşınalığının və vətəndaşlara qarşı zorakılığının növbəti nümunəsi növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) timsalında yenə də Sulutəpə yaşayış massivində qeydə alınıb. Xatırladaq ki, ARDNŞ-in mahiyyət etibarilə qoçu dəstəsindən fərqlənməyən mühafizə xidmətinin əməkdaşları ötən ilin dekabr ayında da Sulutəpə massivində çox sayda evlərin dağıdılması “əməliyyatı”na cəlb olumuşdular və bu zaman evlərinin sökülməsinə etiraz edən sakinlərə qarşı güc tətbiq etmişdilər. Bu il aprelin 3-də ARDNŞ-in həmin qoçu dəstəsi Sulutəpənin “4-cü nüft mədəni” adlandırılan ərazisində 4 ay əvvəlki “qəhrəmanlıqlarını” təkrarlayaraq, yenə də çox sayda ailənin evsiz qalmasına səbəb olublar. Xeyli insanın evindən məhrub edilib küçəyə atılmasının fərqində olmayan ARDNŞ prezidenti Rövnəq Abdullayev isə onun birbaşa göstərişi əsasında həyata keçirilən bu tip “əməliyyatların” davam etdiriləcəyini bildirib”.

Vətəndaş və İnkişaf Partiyası (VİP) vətəndaşların mülkiyyət hüququnun ən kobud formada pozulması hallarını qətiyyətlə pisləyir və hakimiyyəti bu sahədə vətəndaşların maraqlarına uyğun çərçivədə qəti və təcili tədbirlər görməyə çağırır. VİP  eyni zamanda, ötən müddət ərzində evləri qanunsuz olaraq sökülmüş vətəndaşlara bazar qiymətləri əsasında kompensasiya ödənilməsini və mübahisəli sayılan ərazilərdə tikilmiş yşayış  evlərinin sənədləşdirilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmasını tələb edir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal