Modern.az

Floridada kilsədə atışma, 2 nəfər ölüb 

Floridada kilsədə atışma, 2 nəfər ölüb 

Dünya

2 Fevral 2020, 15:08

ABŞ-ın Florida ştatının Rivera-Biç şəhərində kilsədə atışma olub.

 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə şənbə günü kilsədə keçirilən dəfn mərasimindən sonra baş verib.

 

Atışma zamanı güllə yarası alan 3 nəfərdən 2-i həyatını itirib. Ölənlərin 15 yaşlı gənc və 47 yaşlı kişi olduğu bildirilir. Güllə yarası alan qadın isə xəstəxanaya yerləşdirilib.

 

Atəş açan şəxs hələ saxlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?