Modern.az

Balaca karateçilərimizdən Gənclər Günündə böyük QALİBİYYƏT - FOTOLAR

Balaca karateçilərimizdən Gənclər Günündə böyük QALİBİYYƏT - FOTOLAR

2 Fevral 2020, 19:01

 

Azərbaycan Milli Karate Federasiyasının 1-2 fevral tarixlərində Zirvə İdman Klubunda “Gənclər Günü”nə həsr olunmuş açıq birincilik yarışı keçirilib.

 

Bu barədə Modern.az-a danışan Əməkdar məşqçi, Araz İdman Klubunun prezidenti, 4-cü dan qara kəmər sahibi, 8 qat dünya çempionu, 6 qat Avropa çempionu, Milli Karate Federasiyasının məşqçi müəllimi Siyavuş Bayramov bildirib ki, müxtəlif yaş qrupları və çəki dərəcəsində keçirilən yarışlara ilk dəfə qatılan idmançılar böyük uğur qazanıblar:

 

“Sayca üçüncü dəfə keçirilən yarışlara bu il daha böyük heyətlə qatılmışdıq. Biz 18 idmançı, 1 hakim, 2 məşqçilə təmsil olunurduq. Əvvəlki illərdən fərqli olaraq, bu il həm köhnə, həm də yeni idmançılarımız mübarizə aparırdı. 2 ay idi ki, bu yarış üçün hazırlaşırdıq. Çox sevindiricidir ki, ilk dəfə bu yarışda iştirak edən idmançılarımızdan 6 nəfəri - Mahir Qasımzadə, Rza Maxsudlu, Xəyyam Əsgərov və İslam Əsgərov qardaşları, Kamilla Bünyatova, Rəhmin Həsənli birinci yerə layiq görülüblər. Fatimə Babayeva, Allahverdi Salıfov, Rüfət Ələkbərli ikinci yer, Məhəmməd Hacıyev, Osman Fərmanov, Nihat Abdullayev, Hikmət Çətin, Əli Qasımzadə üçüncü yer tutublar”.

 

S.Bayramov bütün bu uğurların Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin böyük əməyinin, dəstəyinin nəticəsi olduğunu vurğulayıb:

 

“Ülvi müəllim həm insan, həm idmançı, həm də millət vəkili kimi gənclərin, idman cameəsinin arxasındadır, böyük stimul və dayaqdır. Hər zaman idmançılarımızın qayğı və problemlərilə yaxından maraqlanıb. Karateçilərimizə nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da hər zaman dəstəkdir. Xüsusilə növbədənkənar parlament seçkiləri ərəfəsində idmançılar olaraq Ülvi müəllimi dəstəkləyirik və inanırıq ki,o yenidən xalqın etimadını qazanacaq.  Çünki o, öz sahəsində kifayət qədər peşəkar, professional, öz sözünü demiş idmançıdır. Ona görə də idman ailəsi olaraq, Ülvi Quliyevə parlament seçkilərində uğurlar arzulayırıq. Bizim ən böyük amalımız, məqsdimiz Ülvi müəllimlə bir qayədə olmaq, Azərbaycan bayrağını hər aman zirvələrə daşımaqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir