Çində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 17 205 nəfərə çatıb, bu virus nəticəsində isə 361 insan ölüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsinin açıqlamasında deyilir.
“Yoluxan 17 205 insandan 296 nəfərinin vəziyyəti ağırdır, 475 xəstə sağalaraq xəstəxananı tərk edib, ölənlərin sayı isə 361 nəfərə çatıb. Ümumilikdə 21 558 yoluxma halı qeydə alınıb”, - deyə məlumatda qeyd olunur.