Modern.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hələ “qaynar xətt” yaratmayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hələ “qaynar xətt” yaratmayıb

Təhsil

4 Aprel 2012, 16:33


Aprelin 1-dən 18 yaşı tamam olan gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Azərbaycanda vətəndaşların həqiqi hərbi xidmətə çağırışında bir sıra yeniliklər tətbiq olunur. İndi bu işi hərbi komissarlıqlar həyata keçirmir.

Bir müddət öncə Azərbaycanda hərbi komissarlıqlar ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə qurumun formalaşması hələ tam başa çatmayıb:
“Xidmət yeni yaradıldığından hələ ki, təşkilatı işlər davam edir. Struktur tam formalaşmayıb. Xidmətin “qaynar xətti” də hələ yoxdur. Həqiqi hərbi xidmətə çağırılan şəxslər əvvəlki qayda ilə qeydiyyatdan keçməlidirlər. Hər kəs hansı rayonda qeydiyyatdadırsa, oradan da həqiqi hərbi xidmətə aparılır”.

Qeyd edək ki, əvvəlki çağırışlar zamanı valideynlər övladlarının hansı hərbi hissəyə göndərilməsi barədə məlumatı onlar hərbi xidmətə göndərildikdən sonra, Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat və səfərbərlik İdarəsində yaradılmış «qaynar xətt»ə zəng edərək öyrənə bilirdilər.

Onu da qeyd edək ki, vətəndaşların həqiqi hərbi xidmətə çağırışı aprelin 1-də başlanıb və ayın 30-dək davam edəcək.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal