Modern.az

Təzə qəzet çıxıb - “Dayanacaq” - FOTO

Təzə qəzet çıxıb - “Dayanacaq” - FOTO

Təhsil

4 Aprel 2012, 19:03

Mətbu nəşrlərin sırasına biri də qoşulub. Fəaliyyətə yeni başlayan “Dayanacaq” qəzeti müxtəlif fəaliyyət sahələrini əhatə edən müəssisələrin reklam banerlərini, fiziki və hüquqi şəxslərin təqdim etmiş olduğu elanları əks etdirərək, həftəlik nəşr olunur.
”Dayanacaq” özündə müxtəlif  bölüm və sahələri birləşdirib, müştəri və oxuculara ticarət, əyləncə, biznes mərkəzlərində, metro çıxışlarında, vağzallarda, mehmanxanalarda təqdim olunacaq.

“Dayanacaq” qəzetinin formatı, reklam və elanların əks olunmasına olan yanaşması ilə  fərqlənir. Qəzet tam rəngli, 64 səhifədən ibarət nəşr olmaqla yanaşı, oxuculara pulsuz paylanacaq. Qəzetin ilkin tirajı 20.000 ədəddir. İlk sayı mart ayında  oxuculara təqdim olunan nəşrin paylanması qeyri-adi tərzdə olub, xüsusi təbliğat kampaniyaları ilə müşayət olunur. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal