Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Qəbələ rayonu Vəndam kəndinin 3 nəfər sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.
Bununla bağlı nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Hadisədən dərhal sonar FHN-in aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunublar. İtgin düşən şəxslərin axtarışları bu gün də davam etdiriləcək.
Qar uçqununa düşənlər Vəndam kənd sakinləri 1992-ci il təvəllüdlü Elvin Kərimov, 1990-cı il təvəllüdlü Nazir Bayramov və 1991-ci il təvəllüdlü Zakir Məmmədovdur. Onlar ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıblar.
Modern.az