Modern.az

Bakının yeni baş planı nə vaxtdan həyata keçiriləcək?

Bakının yeni baş planı nə vaxtdan həyata keçiriləcək?

Təhsil

5 Aprel 2012, 11:23

“Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsi konseptual şəhərsalma sənədidir. Bu layihə müstəqil Azərbaycanda, yeni bazar iqtisadiyyatı şəraitində, birinci bu kimi şəhərsalma sənədi olacaq”. Bu barədə Modern.az-a “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov məlumat verib. Böyük Bakı regionun (bütöv Abşeron yarımadası) vahid zonalaşdırma sxemini, məxsusi Bakının zonalaşdırma planını, Böyük Bakı regionunun vahid nəqliyyat sxemini və sonda effektiv şəhərsalma idarəetmə sistemini yaratmaq layihənin əsas vəzifəsidir”-deyə qrup rəhbəri bildirib. Onun sözlərinə görə, layihə üzərində işlər aparılır:

“Hal-hazırda layihə icraçıları tərəfindən mövcud vəziyyətin həm iqtisadi və sosial, torpaq və ekoloji, həm də mühəndis sistemləri haqqında ilkin məlumatların toplanması gedir. Sonra isə yığılmış məlumatların əsasında vahid bir zonalaşdırma və nəqliyyat sxemlər tərtib olunacaq. Və nəhayət beynəlxalq məsləhətçilər tərəfindən səmərəli və effektiv şəhərsalma idarəçilik sistemi təklif olunacaq.

Planın nə vaxt reallaşdırılacağına gəlincə, Novruz Eldarov belə deyib:

”Şəhərsalma sənədlərinin  başlama və bitirmə tarixləri olmur, şəhərsalma layihəsi mövcud şəraitdə, mövcud zamanda şəhərlərin əsas inkişaf istiqamətlərini müəyyənləşdirir və tənzimləyir. Vaxtaşırı şəhərlər öz inkişafında müxtəlif problemlərlə qarşılaşır və regional inkişaf planları mövcud zamanda şəhərlərin inkişaf istiqamətlərini müəyyənləşdirir”.

Nihadə Eyyubova

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu