Modern.az

Avropa Gənclər Forumunun prezidenti azərbaycanlı gənclərlə görüşüb - FOTO

Avropa Gənclər Forumunun prezidenti azərbaycanlı gənclərlə görüşüb - FOTO

Təhsil

5 Aprel 2012, 11:39

Avropa Gənclər Forumunun prezidenti Peter Matjasiclə ARGTMŞ-ın katibliyi və üzv təşkilatlarının  görüşü keçirilib. Görüşdə ARGTMŞ-ın baş katibi Orxan Ərəbov, Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov və başqaları iştirak ediblər. İkitərəfli müzakirələr zamanı bir sıra perspektivlər, yeni layihələrdən danışılıb.

Peter Matjasic bildirib ki, Avropa Gənclər Forumu Azərbaycanda olan gənclər təşkilatları ilə yeni-yeni əlaqələr qurmaqda maraqlıdır. ARGTMŞ-ın baş katibi Orxan Ərəbov isə öz növbəsində gələcək layihələrdə müxtəlif gənclər təşkilatlarının cəlb edilməsi, qarşılıqlı tədbirlərin təşkili ətrafında danışıb. Qeyd edək ki, Avropa Gənclər Forumu Avropada mövcud ən böyük gənclər təşkilatlarını öz ətrafında birləşdirir. ARGTMŞ Azərbaycandan bu təşkilatın yeganə və tam hüquqlu üzvüdür.
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu