Modern.az

İsmayıllıda itkin düşən qız Xızıda tapıldı: Sevdiyi oğlanla qaçıb

İsmayıllıda itkin düşən qız Xızıda tapıldı: Sevdiyi oğlanla qaçıb

4 Fevral 2020, 19:25

İsmayıllıda itkin düşən qız tapılıb.

 

Modern.az xəbər verir ki, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Ayişə Mehman qızı yanvarın 30-da itkin düşüb.

 

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədovanın yeri müəyyənləşib.

 

Məlum olub ki, o, yanvarın 30-da yaşadığı evdən çıxaraq Bakıya gəlib, orada Xızı rayonunun Türkoba kənd sakini Rüstəmli Osman Şakkat oğlu ilə görüşərək evlənmək məqsədilə Xızı rayonuna gedib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir