Modern.az

Yeni qəzet - “New Post Baku” sabah çıxır

Yeni qəzet - “New Post Baku” sabah çıxır

5 Aprel 2012, 12:40

Kənan Quluzadə: “10 min tirajla çıxan qəzet pulsuz paylanacaq”

Xeyli vaxtdır adından bəhs edilən “ New Post Baku” qəzeti sabah ilk nömrəsi ilə fəaliyyətə başlayacaq. Bu barədə  Modern.az-a qəzetin rus redaksiyasının rəhbəri Kənan Quluzadə məlumat verib. “24 səhifəlik, rəngli bir qəzetdir, 16 səhifəsi Azərbaycan, 8 səhifəsi rus dilindədir. Nəşriyyatın texniki imkanlarından asılı olaraq, hələki 10 min tirajla  çıxacaq.  Qəzet ictimaiyyətə maraqlı olan bütün mövzuları - siyasi, ictimai, mədəni, iqtisadi, idman və s.əhatə edəcək”.

Qəzetin təsisçisi Tural Əliyev, baş redaktoru Tofiq Abbasovdur. Həm Azərbaycan, həm də rus dilində çıxacaq qəzetə peşəkar jurnalistlər cəlb olunublar.

“Kollektivimiz 30 nəfərdən çoxdur, Namiq İbrahimov, Pərvanə Sabirqızı,  Fərəh Sabirqızı, Yaqub Tapdıqqızı, Gülnarə İnanc, Səbinə Əvəzqızı və digər jurnalistlər çalışacaqlar. Bundan başqa, qəzetimizdə digər yazarlar da fəaliyyət göstərəcək. Bunlar tanınmış ictimai-siyasi xadimlərdir. Bu  insanlar həm muxalif, həm də iqtidaryönümlü olanlardır. Bizim üçün  onların baxışlarının hec bir fərqi yoxdur”.

K.Quluzadə deyib ki, pulsuz qəzeti əldə etmək istəyənlər şəhərin pik nöqtələrinə - metro stansiyalarında, universitetlərin qarşısına üz tuta bilərlər.  Redaktor onu da əlavə edib ki, sabah  qəzetin saytı olan bakupost.az da fəaliyyətə başlayacaq..

Qəzeti digər mətbu orqanlardan fərqləndirən cəhət pulsuz paylanılmasıdır. Hələki perspektivdə belə nəzərdə tutulub.

 Nihadə  Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi