Modern.az

ATƏT cəbhənin Tərtər istiqamətində monitorinq keçirəcək

ATƏT cəbhənin Tərtər istiqamətində monitorinq keçirəcək

Aktual

5 Fevral 2020, 09:36

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen YoviçGennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et