Modern.az

Səfir Həzi Aslanovun abidəsini ziyarət edib

Səfir Həzi Aslanovun abidəsini ziyarət edib

Aktual

5 Fevral 2020, 10:13

Fevralın 4-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər, abidənin qarşısına gül dəstələri düzüblər.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat yayıb.

 

Ziyarət Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə təşkil olunub.

 

Bildirilib ki, H. Aslanov Böyük Vətən müharibəsi illərində Belarus ərazisində ən aktiv döyüşlərdə iştirak edib, bilavasitə onun rəhbərliyi altında tank briqadası Vileyka, Molodeçno və ölkənin digər yaşayış məntəqələrini işğaldan azad edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et