Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Nəsiman Yaqublu 24 saylı Nizami birinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşlər keçirir.
Dünən keçirilən görüşdə tanınmış ziyalılar, BDU-nun dosentləri,tanınmış alimlər Boran Əziz və Sabir Məmmədli, görkəmli ziyalı Faiq Ələkbərli ona dəstək olaraq iştirak və çıxışlar ediblər. Keçirilən görüşlərdə seçicilər N.Yaqublunun yaradıcı fəaliyyətini yüksək dəyərləndirir və onun Azərbaycan Milli Məclisində layiqli təmsilçi olduğunu qeyd edirlər.
N.Yaqublu seçicilərlə görüşdə sakinlərin problemlərini öyrənməklə yanaşı Azərbaycanda milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması və bu sahədə çalışmalarını davam etdirəcəyini bildirib.