Modern.az

Millət vəkili: “Siyasi partiyalar haqqında” qanun taleyin ümidinə qalıb”

Millət vəkili: “Siyasi partiyalar haqqında” qanun taleyin ümidinə qalıb”

Təhsil

5 Aprel 2012, 13:43

“Bu gedişlə “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsinə inanmıram”.

Bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin son durumu ilə bağlı Modern.az-a açıqlamasında bildirib. Deputat hesab edir ki, partiyalarla bağlı qanun layihəsi hazırki durumda akual deyil və bu istiqamətdə heç bir yenilik yoxdur.

“Siyasi Partiyalar haqqında” qanunla bağlı heç bir müzakirə aparılmır. Bu olduqca üzücü haldır. Bu istiqamətdə hər hansı yenilik yoxdur. Mən düşünürəm ki, indiki məqamda bu qanun layihəsi ilə bağlı heç bir yenilik gözlənilmir. Ona görə bu məsələ ancaq taleyin ümidinə qalıb”-deyə F.Mustafa qeyd edib.

Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi nəzərdə tutulub. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5 min imzanın toplanılması əsas şərtlərdən biri olacaq.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu