Modern.az

“Türkiyə-Rusiya əməkdaşlığı Qarabağ münaqişəsinə müsbət təsir etmir” – ŞƏRH

“Türkiyə-Rusiya əməkdaşlığı Qarabağ münaqişəsinə müsbət təsir etmir” – ŞƏRH

Aktual

5 Fevral 2020, 13:01

Türkiyə ilə Rusiya arasında Suriyanın İdlib bölgəsində 5 türk hərbçisi və 3 dinc sakinin ölümü ilə nəticələnən insidentdən sonra yaşanan gərginlik iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə yol açıb.

Bəs maraqlıdır, Türkiyə və Rusiya arasında münasibətlər pisləşməsi bunun Azərbaycan üçün hansı təsirləri olacaq? Çünki elə bu yaxınlarda Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu il ərzində Qarabağ münaqişəsinin Rusiya ilə birgə həll edilməsinə daha çox diqqət ayrılacağını demişdi. İndi isə münasibətlər gərginləşir. Maraqlıdır, iki ölkə arasında münasibətlət tamamilə korlana bilər? Bunun Azərbaycan üçün təsiri necə olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlaş Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə tərəfinin Rusiya ilə münasibətləri gərginləşdirməyi iqtisadi faktordan istəmədiyini bildirib:

“Türkiyə əsgərlərinin Suriyada şəhid olması Türkiyə-Rusiya münasibətlərində suallar yaradıb. Amma bu məsələdən dolayı iki ölkə arasınad münasibətlərin gərginləşəcəyini də gözləmirəm. Çünki ölkələr arasındakı əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Təsadüfi deyil ki, Türkiyə prezidenti  ötən gün Ukraynadan geri dönərkən elə təyyarədə jurnalistlərə verdiyi müsahibədə Rusiya ilə münasibətdə sualların yarandığını desə də əlaqələrin tamamilə qopmayacağını bildirdi. O, sadə faktlarla izah etdi ki, tərəflər arasında iqtisadi əlaqələr artır, ticarət mübadiləsi 25 milyard dollara çatıb. Eyni zamanda ortada böyük enerji layihələri var, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, turistlərin sayına görə Rusiya vətəndaşları Türkiyədə birinci sırada dayanır. Bundan başqa hər iki ölkə prezidenti dünən axşam telefon danışığı zamanı İdlib ətrafında vəziyyətin gərginləşməməsi ilə bağlı müzakirə apardılar. Buna görə də Türkiyə və Rusiya arasında münasibətlərin pisləşəcəyini düşünmürəm”.

 

E.Şahinoğlu Türkiyə və Rusiya arasında münasibətlərin qopmasının Azərbaycan üçün mənfi nəticələnəcəyini deyir:

“Türkiyə bir neçə il öncə Rusiyaya məxsus təyyarəni vuranda, münasibətlərin pisləşməsi Azərbaycan üçün mənfi nəticələnirdi. Amma hər iki tərəfin qısa zaman kəsiyində barışması Azərbaycan üçün müsbət nəticələndi. Amma çox təəssüf olsun ki, Türkiyə və Rusiya arasında strateji əməkdaşlığın olması Qarabağ münaqişəsinin həllinə müsbət təsir etmir. Düzdür, Türkiyə prezidenti Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istəyir, hətta bunun üçün bir neçə dəfə Rusiya prezidenti Putinə də müraciət edib. Amma Rusiya müraciətlərə müsbət siqnallar verməyib. Buna da səbəb Rusiyadakı müəyyən mərkəzlərin Qarabağ münaqişəsinin həllində maraqlı olmamasıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama