Modern.az

Buraxılış imtahanlarının vaxtı AÇIQLANDI  

Buraxılış imtahanlarının vaxtı AÇIQLANDI  

5 Fevral 2020, 13:11

Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

 

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu