Modern.az

ATƏT PA-da Azərbaycandakı seçkilər müzakirə olunacaq

ATƏT PA-da Azərbaycandakı seçkilər müzakirə olunacaq

Parlament

5 Fevral 2020, 13:16

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası fevralın 20-21-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

 

Modern.az-ın məlumatına görə,  sessiyanın  gündəliyində bir neçə məsələ müzakirə olunacaq.

 

Öncə sessiyanın açılışında ənənəyə sadiq olaraq, Avstriya Parlamentinin sədri Volfqanq Sobotka, ATƏT-ə hazırda sədrlik edən Albaniyanın rəsmi nümayəndəsi, ATƏT PA-nın prezidenti Georgi Tsereteli və ATƏT-in Baş katibi çıxış edəcəklər.

 

Təşkilatın hər üç əsas komissiyasının birgə iclasında isə antisemitizm, uzunmüddətli münaqişələr, insan haqları ilə bağlı əməkdaşlıq və iqlim dəyişikliyi sessiyanın gündəliyində əsas mövzular kimi yer alacaq.

 

Həmçinin, Ukrayna, Belarus, Özbəkistan və Azərbaycanda keçiriləcək seçkilərdə iştirak etmiş müşahidə missiyalarının hesabatları dinləniləcək, müzakirələr aparılacaq.

 

ATƏT-in qış sessiyasında ölkəmizi Milli Məclisin üzvlərindən ibarət yeni formalaşmış nümayəndə heyəti təmsil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza