Modern.az saytı bir müddət öncə Milli Məclisin iclas zalında yanaşı oturan deputatların siyahısını təqdim etmişdi. Qeyd etmişdik ki, parlamentin elə üzvləri var ki, 10 ildən çoxdur yanbayan otururlar, bəzi deputatlar isə 2 ildir “kreslo yoldaşı”dırlar. Milli Məclisin zalında deputatlar 2 nəfər yanaşı olmaqla əyləşirlər, amma təkcə oturan millət vəkili də var.
Modern.az oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb Milli Məclisin deputatlarından “kreslo yoldaşlığı”nın tarixçəsini soruşmağa başlayıb.
Beləliklə, necə olub ki, həmin iki deputat parlamentdə yanaşı əyləşib?
Bu dəfəki təqdimatda deputatlar Fazil Mustafa və İlyas İsmayılovdur.
İlyas İsmayılov:
- Bizim “parta yoldaşlığı”mız təsadüfi deyildi. İstəyirdik bir yerdə əyləşək və buna da nail olduq.
Fazil Mustafa:
- Milli Məclis tərəfindən bu yerlərin müəyyən olunması bir texniki məsələ kimi nəzərdə tutulanda, bizə müraciət olundu kiminlə oturmaq istəyirsiniz. İkimizin də rəyi üst-üstə düşdü və bir yerdə oturmağı qərara aldıq. Çünki İlyas müəllim bizim ağsaqqaldı və biri-birimizlə dostluq münasibətimiz var. Ona görə də bunları nəzərə alaraq bir yerdə oturmaq məqsədəuyğun oldu. İstəyimiz bununla bağlıdır, başqa bir tələbimiz yoxdur. Bizim bundan əvvəl də münasibətlərimiz yaxşı idi. Təbii ki, bunun da çox təsiri oldu. Biri-birimizə münasibətdə çox yaxşı bir ünsiyyət formalaşdı və dərinləşdi.
Anar KƏLBIYEV