Modern.az

Gənclər demokratik təsisatların qurulmasını analiz edəcək

Gənclər demokratik təsisatların qurulmasını analiz edəcək

Təhsil

5 Aprel 2012, 14:41

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə gənc siyasi fəallar üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniya mövzusunda dörd-günlük təlim başlayır. Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib. 

Müxtəlif siyasi partiyalardan 30-a yaxın gənc nümayəndə demokratik təsisatların qurulmasını analiz edəcək, siyasi kampaniyalara dair mütərəqqi beynəlxalq təcrübələri bölüşəcək, seçki dairələrində qruplarla düzgün işləməyi öyrənəcək və qadınların siyasətdə rolunu müzakirə edəcəklər. Tədbir zamanı siyasi partiyaların gənc nümayəndələri ATƏT-in müvafiq öhdəlikləri haqqında da məlumat əldə edəcək.

ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç bildirib ki, gənclər Azərbaycan siyasəti və cəmiyyətində vacib rol oynayır: “Bu təlimin məqsədi yeni nəsli Azərbaycanın gələcək inkişafında və formalaşmasında fəal iştirak etmək üçün zəruri olan alət və bacarıqlarla təmin etməkdir”.

Ukraynadan olan müstəqil ekspert Tetyana Sobolyeva təlim çərçivəsində siyasi kampaniyaların əhəmiyyəti və ümumi mənzərəsi, eləcə də ictimaiyyətlə əlaqələrin qurulmasına dair praktiki seminarlar aparacaq.

Qadınların siyasətdə rolu və imicin formalaşdırılması məsələlərinə də xüsusi sessiyalar həsr olunacaq. Bundan başqa, təlim iştirakçıları ictimaiyyət qarşısında çıxış, kommunikasiya planları və kampaniya strategiyalarının hazırlanması üzrə praktiki məşğələlərdə iştirak edəcək. Onlar bu işlərin həyata keçirilməsi zamanı ənənəvi və yeni media alətləri və texnologiyalarının tətbiqi yollarını öyrənəcəklər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu