Modern.az

İcra başçısı KİVDF-nin tədbirində jurnalistləri qərəzsiz olmağa çağırdı

İcra başçısı KİVDF-nin tədbirində jurnalistləri qərəzsiz olmağa çağırdı

Təhsil

5 Aprel 2012, 19:01

Aprelin 5-də Prezident yanında Küt­ləvi İnforma­si­ya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qara­dağ Rayon İcra Hakimiy­yətinin birgə təşkilatçılığı ilə «Yerli icra hakimiyyəti oraqanları ilə kütləvi informasiya vasitələri ara­sında əməkdaşlığın inkişaf etdirilməsi» mövzu­sun­da konf­rans keçi­rilib. Tədbirdə Qaradağ rayo­nu­nun, onun idarə və təş­kilat­la­rının rəhbərləri, ictimaiyyətin 200-dək nümayəndəsi, eləcə də respublikanın 40-dək apa­­rıcı kütləvi informa­siya vasi­tələri­nin rəhbərləri iş­ti­­­rak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun 3 illik fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin  maddi-texniki problemlə­rinin həllinə və inki­şafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yük­səldilməsinə, sosial müdafiəsinin möhkəmləndiril­mə­sinə, habelə beynəlxalq təcrübə­ni mənimsəmələrinə xidmət edən çoxsaylı layi­hələr icra edib. Vüqar Səfərli vurğulayıb ki, Fon­dun son illərdə hə­yata keçirdiyi mühüm layihə­lərdən biri də kütləvi infor­masiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdiril­ib. O bildirib ki, belə tədbirlər mətbuat nümayəndələri ilə yerli icra strukturlarının əməkdaşları arasında sivil əmək­daşlıq münasibət­lərinin daha da geni­şlənməsinə təkan verir.

Mətbuat Şurasının sədri Əfla­tun Amaşov məruzəsində ölkə mətbuatının hazırkı mənzərəsinə nəzər salıb, habelə bu sahədə mövcud problemlərə toxunub, KİVDF-nin yaradılmasını ölkə me­diası­­nın prob­lemlərinin həllində və inkişafında keyfiy­yətcə yeni mərhələ kimi dəyər­lən­dirib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mika­­­yı­lov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxı­mından müstəsna əhəmiyyətini xüsusi qeyd edib. O vurğu­­lamışdır ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf və abad­lıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks etdirir. İcra başçısı Qaradağ rayo­nunun 11 qəsəbəsində mühüm sosial infrastruktur layihələ­rinin həyata keçiril­diyini vurğulayıb. Süleyman Mikayılov eyni zamanda, hazırda Qaradağ rayonun­da ölkə əhə­miy­yətli Beynəlxalq Dəniz Limanının, Gəmiqayırma zavodu­nun, yeni sement zavo­du­nun inşa olunduğunu, yolların əsaslı təmir edildiyini, işsiz­lik proble­minin əhə­miy­yətli dərəcədə aradan qaldırıldığını tədbir iştirakçıla­rının diqqətinə çatdırıb. Rayonda müəyyən problemlərin də mövcudluğunu səmimi  qeyd edən icra başçısı ölkə jurnalistlərini bu problemlərin işıqlandırılması zamanı obyektiv və qə­rəzsiz ol­mağa, həqiqəti yazmağa çağırıb.

Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı ma­raq doğuran məsələlərə aydinlıq gətirilib.




Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu