Modern.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya öz "Twitter" səhifəsində paylaşım edib.
Vali bildirib ki, xəstələrin 88-nin müalicəsi davam edir, 14-nün vəziyyəti ağır olduğu üçün reanimasiya şəraitində müalicə olunur.
Qeyd edək ki, fevralın 5-də Türkiyədə "Boeing 737-800" tipli sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.