Modern.az

Fövqəladə Hallar Nazirliyi itkin düşən 3 nəfəri tapa bilmir

Fövqəladə Hallar Nazirliyi itkin düşən 3 nəfəri tapa bilmir

Təhsil

5 Aprel 2012, 19:19

Fövqəladə Hallar Nazirliyin (FHN) xilasediciləri Qəbələdə  qar uçqunu altında qalan 3 nəfəri hələ tapa bilməyiblər. Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Nazirlikdən bildirilir ki, 30 mart 2012-ci il tarixində Qəbələ rayonunda dağlıq ərazidə itkin düşən  rayonun Vəndam qəsəbəsinin 3 nəfər sakinin axtarışları 05.04.2012-ci il tarixində davam etdirilib. FHN-nin Aviasiya dəstəsinin 1 ədəd helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlərin cəlb olunduğu axtarışlar nəticə verməyib. İtkin düşmüş şəxslərin axtarışları 06.04.2012-ci il tarixində davam etdiriləcək.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu