Modern.az

İlham Əliyev Bəşər Əsəd haqqında danışdı: “Ümid edirik ki, Suriyada günahsız insanların qırılması dayandırılacaq”

İlham Əliyev Bəşər Əsəd haqqında danışdı: “Ümid edirik ki, Suriyada günahsız insanların qırılması dayandırılacaq”

Təhsil

6 Aprel 2012, 10:15

Azərbaycan Suriyada baş verən siyasi böhranla bağlı öz mövqeyini rəsmi şəkildə açıqlayıb.

Çexiyada rəsmi səfərdə olan prezident İlham Əliyev mətbuat konfransı zamanı suallara cavab verərəkən Suriya ilə bağlı Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub.
Modern.az AzərTAc-a istinadən bildirir kı, “Pravo” qəzetinin sualına cavabında dövlət başçısı deyib ki, Çexiya prezidenti ilə görüşdə Suriya məsələsi də müzakirə edilib. 

“Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz vardır. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləyib və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynayıb. Eyni zamanda, biz bəyan etmişdik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcəkdir və günahsız insanların qırılması dayandırılacaq”.

X. SƏFƏROĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu