Modern.az

Asim Mollazadə: “Xocalı hadisəsini törədənlər Hərbi Tribunala verilməlidirlər”

Asim Mollazadə: “Xocalı hadisəsini törədənlər Hərbi Tribunala verilməlidirlər”

Təhsil

6 Aprel 2012, 13:05

Milli Məclisin yaz sesiyasının plenar iclası davam edir. Modern.az saytı xəbər verir ki, iclasda Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADP) sədri, millət vəkili Asim Mollazadə Xocalı soyqırımını törədənlərinin cəzalandırılmasınan bağlı təklif irəli sürüb.
Deputat qeyd edib ki, ermənilərə faşistdən yumşaq ad ifadə etmək mümkün deyil. “Çünki onlar Xocalı soyqırımı kimi çox dəhşətli faciə törədiblər”.

Asim Mollazadə təklif edib ki, Xocalı hadisəsinə Beynəlxalq Məhkəmədə baxılmalıdır və bunun üçün Azərbaycanın hüquq-mühafizə orqanları çox ciddi işləməlidirlər.

“Milli Məclisin də deputatları bu məsələdə öz fəallıqlarını göstərməlidir ki, beynəlxalq turbinal qurulsun və Xocalı faciəsinə beynəlxalq tribunalda qiymət verilsin və bunun Avropa parlamentlərinə müraciət göndərilməlidir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu