Modern.az

Milli Məclisdə vəzifəli şəxslərin sakibkarlıq fəaliyyətinə etiraz edildi

Milli Məclisdə vəzifəli şəxslərin sakibkarlıq fəaliyyətinə etiraz edildi

Parlament

6 Aprel 2012, 13:29

Modern.az xəbər verir ki, parlamentin bugünkü iclasında müzakirələr zamanı millət vəkili İlyas İsmayılovun çıxışı bu günə qədər irəli sürdüyü qanun layihələri ilə bağlı olub. 2007-ci ildə “İkili vətəndaşlıq haqqında” qanun layihəsini Milli Məclisə təqdim etdiyini deyən deputat bildirib ki, hələ bu məsələyə baxılmayıb.

“Bu qanun layihəsinə baxılması çox vacibdir. Çünki Azərbaycan Respublikasında doğulan hər bir vətəndaş “Azərbaycan Respublikası vətəndaşı” adını daşıyır. Lakin belə vətəndaşların əksəriyyəti dünyanın müxtəlif ölkələrinə səpələnir. Məsələn, elə səfir Polad Bülbüloğlunun dediyi kimi, Rusiyada 700 min azərbaycanlı Rusiya vətyəndaşlığını qəbul edib. Biz bu qanun layihəsini qəbul etməklə həmin Azərbaycan vətəndaşlarını hüquqi və siyasi cəhətdən ölkə ilə bağlamalıyıq. Cənab prezident də deyir ki, dünyada 50 milyon azərbacanlı yaşayır. Bunun üçün müəyyən işlər görülməlidir ki, o vətəndaşlar Azərbaycana bağlı olsunlar”.

Bundan başqa deputat “Vəzifəli şəxslərin sahibkarlıq fəaliyyətinə cinayət məsuliyyəti haqqında” qanun layihəsini də parlamentə təqdim etdiyini deyib. “Hesab edirəm ki, bu çox vacib məsələdir və korrupsiyaya qarşı mübarizənin daha da güclənməsi üçün onun qəbulu gərəklidir”.

Deputat Siyavuş Novruzov qeyd edib ki, Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyası çox yüksək səviyyədə baş tutub.

“Başqa dövlətlər də belə yüksək səviyyədə tədbirlər həyata keçirmək, ev sahibliyi etmək üçün çox çalışmalıdır. Bildiyimiz kimi Azərbaycanda bəzi qüvvələr “Euorivison” yarışmasına qara yaxmağa çalışırlar. Lakin Avronest-in üzvləri Bakıda olarkən bu məsələ ilə bağlı öz mütləq fikirlərini bildirdilər və çox yaxşı qiymət verdilər”.

Xocalıdan olan millət vəkili Elman Məmnmədov bir neçə il bundan əvvəl ermənilərin Naxçıvanda erməni qəbirlərinin dağıdılması ilə bağlı məsələ qaldırmasına diqqət çəkib.

“Biz həmin vaxt az qaldıq Qurana and içək ki, bu yalandır. Hansıki Azərbaycanın işğal altında olan rayonlarında on mindən çox qəbiristanlıq ermənilər tərəfindən dağıdılıb, yerlə-yeksan edilib. Mən demək istəriyəm ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Xocalı faciəsini, Qaradağlı faciəsini törədən, 20 ildir mənim öz torpağıma getməyimə mane olan Serj Sərkisyan kimi bir caninin rəhbərlik etdiyi ölkə elə faşist adlandırılmalıdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım