Modern.az

Parlamentdə Qarabağla bağlı qanun hazırlanacaq

Parlamentdə Qarabağla bağlı qanun hazırlanacaq

Parlament

6 Aprel 2012, 13:41

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev söz alaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə bağlı münasibət bildirib. Millət vəkili Rusiya rəsmisinin Qarabağla bağlı səsləndirdiyi fikirə toxunaraq bildirib ki, bu addımlar heç də bizim xeyrimizə olan məsələlər deyil:

“Lavrov dedi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilib. Onda belə çıxır ki, BMT-nin qətnamələri atəşkəsin əldə olunması demək imiş. Rusiya bu mövqeyi ilə hansı şəkildə Minsk qrupunda təmsil oluna bilər? Bu Azərbaycanın hüquqlarını pozan bir məsələdir”-deyə Q.Həsənquliyev bildirib.

Daha sonra spiker Oqtay Əsədov deputatın qaldırdığı məsələyə toxunaraq bildirdi ki, bu düzgün fikir deyil. “Rusiya Qarabağ probleminin həlli ilə bağlı müəyyən adımlar atır”

Millət vəkili Zahid Oruc da Q.Həsənquliyevin fikirlərini dəskətlədiyini, Qarabağla bağlı qanunun hazırlanmasının vacibliyini qeyd edib. Oqtay Əsədov deputata cavabında Qarabağla bağlı qanunun hazırlamasını tapşırıb.

Modern.az saytına açıqlamasında Zahid Oruc bu sənədi çox yaxın müddətdə parlamentə təqdim edəcəyini bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım