Modern.az

Gəncədə zərərsizləşdirilən silahlı dəstənin vəhhabi qruplaşması olduğu deyilir

Gəncədə zərərsizləşdirilən silahlı dəstənin vəhhabi qruplaşması olduğu deyilir

Təhsil

6 Aprel 2012, 17:23

Gəncə şəhər Təbriz küçəsində yerləşən, 93 saylı binanın  bütün sakinləri mənzillərindən evakuasiya olunub. Bu barədə Modern.az-a Gəncə Media Mərkəzinin əməkdaşı, journalist Təhminə Tağızadə bildirib. Onun sözlərinə görə, hadisə yeri tam mühasirəyə alınıb və heç kim əraziyə buraxılmır. 

“Baş vermiş atışmada həlak olan hüquq-mühafizə orqanının əməkdaşınınyüksək rütbəyə - polkovkik-leytenan rütbəsinə malik olduğu deyilir”. Jurnalistin sözlərinə görə, hadisə zamanı ölənlərin iki nəfər deyil, çox olduğu söylənilir. Onların qanunsuz silahlı birləşmə üzvləri olduğu deyilsə də, kimliyi haqda heç bir məlumat verilmir.

Xatırladaq  ki, aprelin 6-da səhər saat 05 radələrində Gəncədəki Mahrasa bağı ərazisində, bir qrup şəxslə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib. Gəncə şəhər Polis İdarəsindən hadisənin baş verdiyini təsdiqləyiblər. Rəis müavini İlqar Balakişiyev hadisə barədə gün ərzində məlumat veriləcəyini bildirib. Gəncə şəhərə Təcili Tibbi Yardım Xəstəxanasından isə hadisə ilə bağlı məlumat verməmələri haqda tapşırıq aldıqlarını bildiriblər.

Gəncə şəhər Prokuroru Adil İsmayılov isə bildiri ki, baş vermiş hadisəni Milli Təhlükəsizlik Nazirliyi araşdırır və bu səbəbdən heç bir məlumat vermə ixtiyarları yoxdur.

“Hadisənin baş verdiyi binanın sakinlərindən aldığımız məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşları həmin mərtəbədə qalan sakinləri təhlükəsizlik məqsədilə binadan çıxarıb.
Hazırda Daxili İşlər və Milli Təhlüksizlik Nazirliyinin əməkdaşları hadisə yerində əməliyyat işləri aparır.

İlkin versiyalardan biri olaraq vurğulanır ki, silahlı vəhhabilərə qarşı əməliyyat aparılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu