Modern.az

Fazil Mustafa: “Olimpiya kompleksləri pulsuz olmalıdır”

Fazil Mustafa: “Olimpiya kompleksləri pulsuz olmalıdır”

Parlament

6 Aprel 2012, 13:58

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa çıxış edərək regionlarda tikilən Olimpiya komplekslərinin pulsuz olaraq insanların istifadəsinə verilməsini təklif edib. Deputat bildirib ki, rayonlarda tikilən komplekslərin demək olar ki, əksəriyyəti ya istifadə olunmur, ya da qiymətlər bahadır. F.Mustafa Türkiyə təcrübəsinə toxunaraq qeyd edib ki, bizdə də bu xidmətlər pulsuz olmalıdır:

“Mən bu yaxınlarda İstanbulda olanda orda idman komplekslərinin üzərində yazılmışdı ki, kim istəyir pulsuz istifadə edə bilər. Əgər bu olimpiya kompleskləri tikilibsə, bunu bir dəfəlik həll eləmək lazımdır ki, insanlar bundan pulsuz istifadə edə bilsinlər”

Deputat Xəzər dənizi ilə bağlı məsələyə toxunaraq bildirib ki, imkansız insanlar Xəzər dənizində uzaqlaşdırılır. “Adamın imkanı, vəzifəsi olar. Bu gün Xəzərin sadə vətəndaşlara heç bir aiddiyyatı yoxdur. İmkanlı insanlar dənizə gedə bilərlər, sadə insanlar isə niyə Xəzərdən uzaq tutulmalıdır. Milli Məclis bu məsələyə yol aça bilər ki, sadə vətəndaşlar da Xəzəri görə bilsinlər”-deyə F.Mustafa əlavə edib.

Fazil Mustafanın qaldırdığı məsələ ilə bağlı isə deputat Siyavuş Novruzov qeyd edib ki, Olimpiya kompleksləri peşəkar idmanla məşğul olan idmançılar üçün nəzərdə tutulub.

“Ümumiyyətlə, gənclərin kəndlərdə, şəhərlərdə idmanla məşğul olması üçün sessiyalar təşkil edilib. Bu sessiyalar Olimpiya komplesklərinin işi deyil. Bunu kəndlərdə, şəhərlərdə insanlar özləri, yerli icra orqanları təşkil edə bilər”.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım