ATƏT-in Bakı Ofisi müxalifət qüvvələrinin toplaşdığı İtimai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış 8 aprel mitiniqini müsbət qiymətləndirir. Bunu Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib. O, qeyd edib ki, ATƏT müxalifətin bu addımını yüksək qiymətləndirir:
“Ümumiyyətlə, ATƏT-in Bakı ofisi ifadə azadlığı, toplaşmaq azadlığının həyata keçirilməsi halını müsbət qiymətləndirir və bu baxımdan deyə bilərəm ki, müxalifətin uzun illərdən sonra razılaşdırılan aksiyaya qatılmasını biz çox müsbət hal kimi qarşılayırıq”-deyə R..Hüseynov vurğulayıb.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, ATƏT-in Bakı Ofisinin nümayəndələri də 8 aprel aksiyasını izləyəcəklər.
Anar RÜSTƏMOV