Modern.az

Nəticəsi bilinməyən dairənin YAP-dan olan namizədi danışdı: “Qısa zamanda məlumat olacaq”

Nəticəsi bilinməyən dairənin YAP-dan olan namizədi danışdı: “Qısa zamanda məlumat olacaq”

Aktual

10 Fevral 2020, 12:30

Ötən gün keçirilən növbədənkənar parlament seçkilərində nəticələri açıqlanmayan dairələrdən biri də  123 saylı Kəlbəcər Seçki Dairəsidir.

 

Bu dairədə nəticələrin açıqlanmamasının səbəbi nədir? Yekun nəticəni nə zaman bilmək mümkün olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş  Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov yekun nəticənin artıq  Mərkəzi Seçki Komissiyasına göndərildiyini deyir:

 

“Kəlbəcər rayonunun əhalisi 54 rayonun 100-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Təkcə Bakı və Sumqayıt şəhərində 10-dan artıq məntəqəmiz var. Həmçinin Qəbələ, Qax, Oğuz, İmişli, Salyan, Kürdəmirdə də olan məntəqlərimizin nəticələrinin cəmləşib dairəyə çatması, prtokolun doldurulması xeyli vaxtımızı aldı.

 

Səhərədək nə biz yatmışıq nə də dairənin işçiləri. Səhər saat 9-a qalmış biz bütün işləri yekunlaşdıra bildik. Hava şəraiti səsvermədə müəyyən çətinlik yaratsa da, sağ olsun ki, kəlbəcərlilər səsvermədə iştirak edib, öz sözlərini dedilər.

 

Səsvermə prosesində heç bir narazılıq olmadı, seçki dairəsinə hər hansı şikayət gəlmədi. Bu gün səhər elektron sistemə seçkinin nəticələrini yerləşdiriblər. Yəqin ki, qısa zaman ərzində Mərkəzi Seçki Komissiyası münasibət bildirəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama