Modern.az

Məşqçinin 3-cü rekord göstəricisi

Məşqçinin 3-cü rekord göstəricisi

Aktual

10 Fevral 2020, 14:20

 

Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar. 

 

Modern.az xəbər verir ki, yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komandamız, ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb.

 

18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

 

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev və kişilərdən ibarət milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Avropa çempionatında çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib.

 

A.Allahverdiyevin qeyd etdiyinə görə yeniyetmələrin heyətində 2022-ci il gənclərin olimpiadasına lisenziya qazana biləcək perspektivli idmançılar da var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama