Bir sıra müxalifət partiyaları kimi Liberal Partiyası da İctimai Palatanın aprelin 8-də keçirəcəyi icazəli mitinqə qoşulmayacaq. Bu barədə partiya sədri Əvəz Temirxan Modern.az-a bildirib. Ə.Temirxanın sözlərinə görə, onlar partiya səviyyəsində rəsmən bu aksiyaya qoşulmasalar da, İctimai Palatanın addımını dəstəkləyirlər
“Biz Liberal Pariyası olaraq bu mitinqə qoşulmayacağıq. Lakin qeyd edim ki, partiyamız İctimai Palatanın 8 aprel aksiyasının tələb edilən yerdə verilməməsini iqtidar tərəfindən sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirir, İctimai Palatanın qərarını ədalətli sayır və mitinqini dəstəkləyir. Liberal Partiyası öz üzvlərini, tərəfdarlarının bu icazəli mitinqdə könüllü iştirakını təqdirəlayiq sayır”-deyə qeyd edən Ə.Temirxan bildirib ki, mitinqlə bağlı Liberal Partiyası bəyanat hazırlayıb.
Anar RÜSTƏMOV