Modern.az

Merkelin xələfi kansler olmaqdan imtina etdi

Merkelin xələfi kansler olmaqdan imtina etdi

10 Fevral 2020, 15:40

Xristian-Demokrat İttifaqının (XDİ) sədri Anneqret Kramp-Karrenbauer öz postunu tərk edəcək və Almaniya kanslerliyinə namizəd olmayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  2018-ci ildə Merkelin yerinə XDİ sədri seçilən Karrenbauer 2021-ci ildə xanım həmkarının kansler seçkilərinə qatılamayacağını elan etdikdən sonra, həm də kansler olmağa xələfi sayılırdı.

 

Partiya sədrinin qərarına hörmət etdiyini deyən kansler Angela Merkel bununla belə, Karrenbauerin 2021-ci ildən sonra da hazırda icra etdiyi müdafiə naziri postunda qalacağına ümid ifadə edib.

 

57 yaşlı Anneqret Kramp-Karrenbauerin kansler olmaqdan imtina etməsi Almaniya siyasətində ciddi qarışıqlıq yaradıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi